23 
İyn
2017
17:20
34
223
6853
Virtual karabakh

Kürəkən qayınanasını xəstəxanada öldürüb

23 İyn, 2017
17:20
6853

Kürəkən qayınanasını xəstəxanada öldürüb

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Bu gün Bakı Ağır Cinayətlər məhkəməsində qayınanasını öldürməkdə təqsirləndirilən 1992-ci il təvəllüdlü Elçin Hüseynovun cinayət işi üzrə məhkəmə prosesi davam etdirilib. 

Oxu.Az-ın qafqazinfo-ya istinadən verdiyi xəbərə görə, hakim Eldar Mikayılovun icraatında olan prosesdə şahidlər ifadə verib.

Dispanserdə mühafizəçi işləyən Hüseynağa Hüseynov deyib ki, hadisə törədiləndən sonra məlumatı olub: “Dedilər, həkimi bıçaqladılar, otağa girdim, hər yer qan idi. Amma bu adamın ora haradan girdiyini görməmişəm”.

E.Hüseynov deyib ki, dispanserə giriş qapısından keçib, qətli törətdikdən sonra da eyni yerdən çölə çıxıb.

Məhkəmə prosesi iyulun 7-də davam etdiriləcək.

Qeyd edək ki, hadisə Xəzər rayonundakı Vərəm Dispanserində baş verib. Dispanserdə tibb bacısı işləyən, 1971-ci il təvəllüdlü Fərqanə Mürsəlova qızının əri, 1992-ci il təvəllüdlü Elçin Hüseynov tərəfindən bıçaqlanaraq öldürülüb. E.Hüseynovun arvadı onunla mübahisə edərək anasıgilə gedib. E.Hüseynov qayınanasının iş yerinə gələrək qızını geri qaytarmasını tələb edib. F.Mürsəlovanın kürəkəninin tələbini rədd etməsi qətllə nəticələnib.

Z.Q.
www.oxu.az

Bizimlə əlaqə saxlayın

Digər Kriminal xəbərləri