24 
İyn
2017
09:18
10
185
3247
Virtual karabakh

Bakıda ambulans aşdı: Xəsarət alanlar var - FOTO

24 İyn, 2017
09:18
3247

Bakıda ambulans aşdı: Xəsarət alanlar var - FOTO

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Bakıda “Zəfəran hospital”a məxsus, “Volkswagen” markalı təcili tibbi yardım xidmətinin avtomobili qəza törədib. 

Oxu.Az report.az-a istinadən xəbər verir ki, hadisə Əhməd Rəcəbli küçəsi ilə Fətəli Xan Xoyski küçələrinin kəsişməsində qeydə alınıb.

Belə ki, ambulans sayrışan işıqları yandıraraq işıqforun qırmızı işığında yolu keçib. Bu zaman Əhməd Rəcəbli küçəsində, işıqforun yaşıl işığında hərəkətdə olan “Daewoo” markalı avtomobil təcili yardım maşınına çırpılıb. Nəticədə ambulans aşıb. Eyni zamanda, Fətəli Xan Xoyski küçəsində hərəkətdə olan, 67 nömrəli marşrut üzrə hərəkət edən sərnişin avtobusu da aşmış vəziyyətdə olan ambulansa çırpılıb.

Hadisə zamanı ambulansın sürücüsü, 1955-ci il təvəllüdlü Əliyev Yelmar Hüseyn oğlu ilə yanaşı, sərnişin avtobusunda olan daha iki nəfər xəsarət alıb. Onlara ilkin tibbi yardım göstərilib. 

A.H

www.oxu.az

Bizimlə əlaqə saxlayın

Digər Kriminal xəbərləri