24 
İyn
2017
11:58
19
248
7379
Virtual karabakh

Mingəçevirdə iki ailə arasında kütləvi dava

24 İyn, 2017
11:58
7379

Mingəçevirdə iki ailə arasında kütləvi dava

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Mingəçevir şəhərində məskunlaşmış, əslən Kəlbəcər rayonundan olan iki ailə arasında kütləvi dava olub.

Oxu.Az report-a istinadən xəbər verir ki, hadisə məcburi köçkünlərin müvəqqəti məskunlaşdığı 1 saylı Dəmir Beton Məmulatları Zavodunun həyətində baş verib.

Belə ki, 1981-ci il təvəllüdlü Süleyman Əmirxan oğlu Ələkbərovla 1993-cü il təvəllüdlü Ömər Akif oğlu Ağaxanov arasında yaranan mübahisəyə sonradan onların yaxınları da qoşulub. Nəticədə kütləvi dava olub.

Hadisə zamanı bir ailənin iki üzvü: - Süleyman Ələkbərovun çənəsi sınıb, Nazilə Ələkbərova isə qarın, bel və üz nahiyəsindən müxtəlif dərəcəli ağır xəsarətlər alıb. Yaralılar xəstəxanaya yerləşdirilib.

Şahidlərin sözlərinə görə, Ömər Ağaxanov dava vaxtı içkili olub. Fakt Mingəçevir Şəhər Polis Şöbəsi tərəfindən araşdırılır.

E.Ə.
www.oxu.az

 

Bizimlə əlaqə saxlayın

Digər Kriminal xəbərləri