24 
İyn
2017
15:35
23
215
2856
Virtual karabakh

Silah satmaq istəyən şəxsdən narkotik tapılıb

24 İyn, 2017
15:35
2856

Silah satmaq istəyən şəxsdən narkotik tapılıb

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Pirallahı Rayon Polis Şöbəsinə bir nəfər şəxsin özündə saxladığı əl qumbarasını satmaq məqsədi ilə müştəri axtarması barədə əməliyyat məlumatı daxil olub.

Daxili İşlər Nazirliyindən Oxu.Az-a verilən məlumata görə, o, dərhal polis əməkdaşları tərəfindən görülən tədbirlərlə şübhəli şəxs qismində saxlanılaraq Polis Şöbəsinə gətirilib.

Araşdırmalarla onun Bakı şəhər sakini, əvvəllər məhkum olunmuş Sergey Taranov olması müəyyən edilib. Üzərinə baxış keçirilərkən satmaq məqsədi ilə qanunsuz saxladığı alışqanı ilə birlikdə olan 1 ədəd "F-1" əl qumbarası və eyni məqsədlə gəzdirdiyi 3 bükümdə narkotik vasitə olan marixuana aşkar edilib.

Ətrafında aparılan tədbirlərlə S.Taranov rayon ərazisindəki qəbiristanlıqda çətənə kolları əkib-becərdiyini etiraf edib. Polis əməkdaşları tərəfindən saxlanılan şəxsin nişan verdiyi həmin əraziyə baxış keçirilərkən diqqət çəkməyən yerdə qurudularaq qablaşdırılmış vəziyyətdə olan narkotik vasitə də aşkar edilərək götürülüb.

Ekspertiza S.Taranovun üzərindən çıxan narkotik vasitənin 3,035 qram, qəbiristanlıqdan tapılan narkotik vasitənin isə 970 qram marixuana olması barədə rəy verib.

Faktla bağlı cinayət işi başlanılıb, istintaq tədbirləri aparılır. 

S.B.
www.oxu.az

Bizimlə əlaqə saxlayın

Digər Kriminal xəbərləri