26 
İyn
2017
17:14
26
176
3491
Virtual karabakh

Mingəçevirdə mağaza sahibini amansızcasına döyüblər

26 İyn, 2017
17:14
3491

Mingəçevirdə mağaza sahibini amansızcasına döyüblər

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Mingəçevir şəhərində küt alətlə mağaza sahibini döyən şəxs ona çoxsaylı bədən xəsarətləri yetirib.

Oxu.Az Report-a istinadən xəbər verir ki, hadisə 20 yanvar küçəsində baş verib.

Belə ki, həmin küçədə yerləşən “Eli” marketi icarə əsasında işlədən 1966-cı il təvəllüdlü Adil Qəzənfər oğlu Abbasov işlətdiyi mağazada müştərisi və qonşusu olan şəxs tərəfindən küt alətlə döyülüb. Hətta baltadan da istifadə olunduğu bildirilən dava zamanı mağazanın şüşələrinin bir hissəsi qırılıb.

A.Abbasov xəstəxanaya yerləşdirilib. Həkimlərin müayinəsi zamanı onun boyun nahiyəsində kəsiklər və baş nahiyəsində çoxsaylı yaralar olduğu məlum olub. Ona tibbi yardım göstərilib.

Məlumata görə, A.Abbasovu döyən şəxs onun qonşusu və daimi müştərisidir. Mağazada dava nağdsız ödənişlər üstə başlayan mübahisə nəticəsində baş verib. Həmin şəxs iddia edib ki, A.Abbasov onun kartından artıq pul çıxarıb. 

Faktla bağlı Mingəçevir Polis şöbəsində araşdırma aparılır.

S.B.
www.oxu.az

Bizimlə əlaqə saxlayın

Digər Kriminal xəbərləri