28 
İyn
2017
13:40
19
213
8003
Virtual karabakh

Bakıda evə basqın: Gözətçi döyülüb, ev yandırılıb

28 İyn, 2017
13:40
8003

Bakıda evə basqın: Gözətçi döyülüb, ev yandırılıb

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Bakıda bağ evinə basqın edən şəxslər gözətçini döyüb evi yandırıblar.

Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən Oxu.Az-a verilən məlumata görə, iyunun 27-də saat 02.00 radələrində Xəzər rayonunun Zirə qəsəbəsi ərazisindəki bağ evlərindən birinə gələn naməlum iki nəfər orada olan gözətçi İqor Vasinə küt alətlə xəsarət yetirib, təmir-tikinti alətləri götürərək evi yandırıblar. 

İ.Vasin xəstəxanaya yerləşdirilib.

Xəzər Rayon Polis İdarəsinin 1-ci Polis Bölməsi əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində hadisəni törətməkdə şübhəli bilinən Astara rayon sakinləri Rövşən Məmmədov və əvvəllər məhkum olunmuş Şahlar Novruzov tutulublar. 

Faktla əlaqədar cinayət işi başlanılıb.

S.B.
www.oxu.az

Bizimlə əlaqə saxlayın

Digər Kriminal xəbərləri