29 
İyn
2017
08:36
105
17
2788
Virtual karabakh

Abşeronda polis əməkdaşları bıçaqlanan şəxsləri ölümdən xilas etdilər

29 İyn, 2017
08:36
2788

Abşeronda polis əməkdaşları bıçaqlanan şəxsləri ölümdən xilas etdilər

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Abşeronda iki nəfər bıçaqlanıb, polis əməkdaşları onları ölümdən xilas edib.

Oxu.Az-ın Report-a istinadla xəbərinə görə, hadisə Masazır qəsəbəsində qeydə alınıb.

Belə ki, 1978-ci il təvəllüdlü Sadıqov Vasif Tofiq oğlu və 1996-cı il təvəllüdlü Zeynallı Əfqan Rəcəb oğlu qəsəbədə yerləşən marketlərdən birinin qarşısında tanıdıqları şəxslə mübahisə ediblər. Mübahisə dava ilə nəticələnib.

Hadisə zamanı hər ikisi bir neçə bıçaq xəsarəti alaraq avtomobil yolunun kənarına yıxılıb. Onlar çoxlu qan itiriblır. Yoldan keçən Abşeron Rayon Polis İdarəsinin Masazır qəsəbəsi üzrə fəaliyyət göstərən Polis Patrul Xidmətinin əməkdaşları təcili yardım avtomobilinin gec gələcəyini nəzərə alaraq hər iki yaralını xidməti avtomobil ilə 1 saylı Kliniki Tibbi Mərkəzə yerləşdirib.

Həkimlər onların vəziyyətini orta-ağır kimi qiymətləndirir.

Faktla bağlı Abşeron Rayon Polis İdarəsində araşdırma aparılır.

A.S.
www.oxu.az

 

Bizimlə əlaqə saxlayın

Digər Kriminal xəbərləri