29 
İyn
2017
17:28
43
703
45659
Virtual karabakh

Xanım çempionumuz faciəvi şəkildə dünyasını dəyişdi – ÖLÜM ANI + YENİLƏNİB

29 İyn, 2017
17:28
45659

Xanım çempionumuz faciəvi şəkildə dünyasını dəyişdi – ÖLÜM ANI + YENİLƏNİB

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Bakının Xətai rayonu ərazisində azərbaycanlı idmançı Reyhan Məmmədovanın ölümü ilə nəticələnən yol qəzası ilə bağlı cinayət işi başlanılıb.

Oxu.Az-ın Trend-ə istinadən məlumatına görə, faktla bağlı Xətai rayon Polis İdarəsində Cinayət Məcəlləsinin 263.2-ci (Yol hərəkəti və nəqliyyat vasitələrinin istismarı qaydalarını pozma, ehtiyatsızlıqdan zərərçəkmiş şəxsin ölümünə səbəb olduqda) maddəsilə cinayət işi başlanılıb.

E.Ə.

www.oxu.az

***

13:39

Xəbər verdiyimiz kimi, azərbaycanlı idmançı, dağadırmanma, qayayadırmanma, buzadırmanma üzrə çempion Reyhan Məmmədova faciəvi şəkildə ölüb. İdmançı dünən avtomobil qəzasına düşüb. 

Oxu.Az xəbər verir ki, azxeber.com hadisənin təfərrüatlarını öyrənib. 

Məlumata görə, qəza Nobel prospekti - Zığ şossesində baş verib. Axşam vaxtlarında qeydə alınan qəzada Reyhan Məmmədova iti ilə piyada keçidindən yol keçirmiş. Həmin ərazidən keçən Əlifağa Məmmədovun idarə etdiyi “BMW” markalı, 90 XU 928 nömrəli avtomobil idmançını vurub.

Sakinlərin dediyinə görə, bu, həmin ərazidəki ilk hadisə deyil. Bundan öncə də həmin yerdə qəza olub.

Həmin görüntüləri təqdim edirik:

E.Ə.

***

10:49

Azərbaycanlı idmançı, dağadırmanma,qayayadırmanma, buzadırmanma üzrə çempion Reyhan Məmmədova faciəvi şəkildə ölüb.

Oxu.Az bakupost-a istinadən xəbər veriri ki, idmançı dünən avtomobil qəzasına düşüb. Belə ki, dünən axşam saatlarında R. Məmmədovanı avtomaşın vurub. 

Azərbaycan Hava və Ekstremal İdman Növləri Federasiyasından faktı təsdiqləyiblər.

A.H.

www.oxu.az

Bizimlə əlaqə saxlayın

Digər Kriminal xəbərləri