29 
İyn
2017
14:37
128
38
5408
Virtual karabakh

Qaxda narkotik tərkibli bitkilər becərən ailə tutulub - FOTO

29 İyn, 2017
14:37
5408

Qaxda narkotik tərkibli bitkilər becərən ailə tutulub - FOTO

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Qaxda narkotik tərkibli bitkiləri əkib becərən ailə üzvləri saxlanılıb.

Oxu.Az-ın Report-a istinadən məlumatına görə, Qax Rayon Polis Şöbəsinin (RPŞ) əməkdaşları rayon ərazisində əməliyyat-axtarış tədbiri keçirib.

Keçirilmiş tədbir zamanı Balakən rayonunun Gərəkli kənd sakinləri, 1988-ci il təvəllüdlü Elvin Əli oğlu Umayev, atası, 1962-ci il təvəllüdlü Əli Ramazan oğlu Umayev və onun qızı 1985-ci il təvəllüdlü Pirdas Əli qızı Umayevadan qabaqcadan əlbir olan bir qrup şəxs qismində birləşib Qax rayon Qorağan kəndində yerləşən meşə sahəsində aqrotexniki qaydada qulluq edib yetişdirdikləri 49 ədəd narkotik tərkibli çətənə bitkiləri aşkar edilərək götürülüb.

Məlum olub ki, Elvin Umayev 3 ay öncə həmin ərazidə çətənə kollarını əkib. Bu müddət ərzində atası ilə birgə meşəyə gələrək çətənə kollarına qulluq ediblər. Ötən gün isə Elvin atası ilə yanaşı, bacısı Pirdası da onlara kömək məqsədilə Qaxa gətirib. Narkotik bitkilərinə qulluq edərkən polis əməkdaşları onları saxlayıblar.

Qeyd edək ki, E.Umayev əvvəllər də məhkumluq həyatı yaşayıb.

Faktla bağlı Qax RPŞ-də cinayət işi başlanılıb, araşdırma aparılır.

N.О.

www.oxu.az

Bizimlə əlaqə saxlayın

Digər Kriminal xəbərləri