İyl
2017
17:11
140
32
7076
Virtual karabakh

Akif Çovdarov ifadə verib

3 İyl, 2017
17:11
7076

Akif Çovdarov ifadə verib

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Sabunçu Rayon Məhkəməsində ləğv olunmuş Milli Təhlükəsizlik Nazirliyinin (MTN) Energetika və Nəqliyyat Sahələrində Təhlükəsizlik Baş İdarəsinin həbsdə olan sabiq rəisi, general-mayor Akif Çovdarovun və digərlərinin cinayət işi üzrə məhkəmə prosesi davam etdirilib.

Oxu.Az APA-ya istinadən xəbər verir ki, Bakı Hərbi Məhkəməsinin sədri Həbib Həsənovun sədrliyi ilə keçirilən prosesdə Akif Çovdarov zərərçəkmiş şəxslərdən İlqar Aşurbəyovun və digər bir neçə epizod üzrə ifadə verib. O, heç bir epizod üzrə özünü təqsirli bilmədiyini deyib.

Məhkəmə prosesə gəlməyən bəzi şahid və zərərçəkmişlərin barəsində məcburi gətirilmə qərarı verib.

Proses iyulun 5-də davam edəcək.

A.M.

www.oxu.az

Bizimlə əlaqə saxlayın

Digər Kriminal xəbərləri