10 
İyl
2017
16:17
8
139
4350
Virtual karabakh

Bakıda “İstiqlal” ordenli neftçi qətlə yetirilib

10 İyl, 2017
16:17
4350

Bakıda “İstiqlal” ordenli neftçi qətlə yetirilib

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Qatil qurbanının əllərini laqundanın naqili ilə bağlayıb və onun başına küt alətlə zərbə vurub. Qətl hadisəsi Bakının Nərimanov rayonunda törədilib. 

Oxu.Az xəbər verir ki, bu barədə Sputnik Azərbaycan-a hüquq-mühafizə orqanlarından məlumat verilib.

Cinayətin qurbanı Barışev Yuri Petroviçdir. Barışevin cəsədi bu gün sözügedən rayonun 17-ci polis bölməsinin ərazisində yerləşən binanın 5-ci mərtəbəsindəki mənzilində tapılıb. Qatil qurbanının əllərini laqundanın naqili ilə bağlayıb və onun başına küt alətlə zərbə vurub.

İlkin məlumata görə, qətldən bir qədər əvvəl Barışev onun evinə qonaq gələn şəxslə birlikdə spirtli içki qəbul edib. Kriminalistlər mənzilə baxış zamanı yeyib-içmək məclisinin olduğunu müəyyən ediblər.

Qətlin baş verdiyi an dəqiq məlum deyil, çünki hələlik cəsəd morqa gedib çatmayıb. Qeyd edək ki, qətlə yetirilmiş şəxsin cəsədini ilk olaraq qonşusu tapıb.

Bu hadisə ilə bağlı “Qəsdən adam öldürmə” maddəsi ilə cinayət içi açılıb. Hazırda hüquq-mühafizə orqanları qətli törətməkdə şübhəli bilinən şəxsi axtarır.

Məlumata görə, Barışev neftçi olub və Azərbaycan prezidenti tərəfindən “İstiqlal” ordeni ilə təltif edilib.

S.S.
www.oxu.az

Bizimlə əlaqə saxlayın

Digər Kriminal xəbərləri