12 
İyl
2017
11:34
86
10
3434
Virtual karabakh

Nazir qardaşı yenidən məhkəməyə çağırıldı

12 İyl, 2017
11:34
3434

Nazir qardaşı yenidən məhkəməyə çağırıldı

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində iş adamı Əlikram Camalova qarşı dələduzluqda təqsirləndirilən Samir Nəbiyevin cinayət işi üzrə məhkəmə prosesi davam edib. 

Təqsirləndirilən şəxsin vəkili Ceyhun Yusifovun Oxu.Az-a verdiyi məlumata görə, hakim Şəkər Məmmədovanın sədrliyi ilə keçirilən prosesdə məhkəmə istintaqının tamamlanması təklif edilib: “Məhkəmə istintaqının nəticələri bizi qane etmir. Əvvəla, hüquqlarını müdafiə etdiyim Samir Nəbiyev əlavə ifadə vermək istəyir. İkincisi, zərərçəkmiş Əlikram Camalov yenidən dindirilməli, bəzi məqamlar dəqiqləşdirilməlidir. Bunun üçün onun məhkəməyə dəvət olunmasını istəyirik”. 

Məhkəmə prosesi iyulun 19-da davam etdiriləcək.

Qeyd edək ki, Əlikram Camalov müdafiə sənayesi naziri Yavər Camalovun qardaşıdır. S. Nəbiyev Əlikram Camalova birgə biznes qurmaq təklifi edib. O, Ə. Camalovdan icarəyə götürüb işlətdiyi mağazaya yatırım etməsini, əvəzində qazancın yarısını nazir qardaşına verəcəyini vəd edib. Ə. Camalov onunla razılaşıb və ona 2015-ci il noyabrın 3-də 18 min manat, 2016-cı il fevralın 1-də isə 3 min 993 manat pul verib. Qarşı tərəf vəsaiti mənimsəyərək pulu qaytarmayıb. 

Zülfiyyə Qurbanova
www.oxu.az

Bizimlə əlaqə saxlayın

Digər Kriminal xəbərləri