13 
İyl
2017
11:15
9
152
3062
Virtual karabakh

Masallıda evə maskalı basqın: Ana və uşağı döyüldü

13 İyl, 2017
11:15
3062

Masallıda evə maskalı basqın: Ana və uşağı döyüldü

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Masallı rayonunda yaşayış evinə basqın edilib.

Oxu.Az-ın teleqraf.com-a istinadən verdiyi xəbərə görə, rayonun Ərkivan qəsəbəsindəki evə səhər saat 6.00-da pəncərədən maskalı naməlum şəxs girib.

O, bıçaqla ev sahibəsini hədələyərək pul verməsini tələb edib. Qadının səs-küy saldığını görən şəxs onu döyməyə başlayıb. Səsə gəlmiş ev sahibəsinin azyaşlı oğluna da rəhm etməyib, ona zərbə endirib, bıçaqla zədələyərək hadisə yerindən qaçıb.

Polisin keçirdiyi əməliyyat nəticəsində qəsəbə sakini Vurğun Rəhimov saxlanılıb. Onun əvvəllər də məhkumluq həyatı yaşadığı bildirilir.

Faktla bağlı Cinayət Məcəlləsinin 181-ci (quldurluq) maddəsi ilə cinayət işi başlanıb.

Z.Q.
www.oxu.az

Bizimlə əlaqə saxlayın

Digər Kriminal xəbərləri