14 
İyl
2017
10:46
100
65
7399
Virtual karabakh

Boşandığı arvadını bıçaqlayan keçmiş ər: Ayağı sürüşkən idi...

14 İyl, 2017
10:46
7399

Boşandığı arvadını bıçaqlayan keçmiş ər: Ayağı sürüşkən idi...

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Daşkəsəndə 22 yaşlı qadını bıçaqlamaqda şübhəli bilinən keçmiş həyat yoldaşı saxlanılıb.

Oxu.Az-ın Report-a istinadən verdiyi məlumata görə, hadisə gecə saatlarında rayonun Əhmədli kəndində baş verib. 

Belə ki, rayon sakini, 1995-ci il təvəllüdlü Günel Həsən qızı Abbasova keçmiş qayınatasıgilə gedib. Orada bilinməyən səbəbdən bir müddət əvvəl boşanmış olduğu, Gəncə şəhərində yaşayan keçmiş həyat yoldaşı, 1992-ci il təvəllüdlü Elxan Rauf oğlu Əliyevlə mübahisə edib. Bu zaman qadın qarın nahiyəsindən bıçaqlanıb.

Yaxınları tərəfindən xəstəxanaya yerləşdirilən qadının vəziyyətinin stabil olduğu bildirilib. Polis tərəfindən saxlanılan keçmiş ər isə ifadəsində hadisəni törətmədiyini, qadının özünə bıçaqla xəsarət yetirdiyini bildirib.

Saxlanılan şəxs qadının özü özünə bıçaqla xəsarət yetirdiyini bildirib: “Mən o qadınla yenicə boşanmışam. Onun ayağı sürüşkəndir, ona görə boşanmışam. Dünən də mənim Gəncədən kəndə gəldiyimi bilib gəlmişdi bizə. Mübahisə yarandı və özü mətbəx bıçağını götürüb özünü vurdu. Mənə şər atır, mən onu vurmamışam”.

Daşkəsən rayon Polis Şöbəsindən bildirilib ki, qadın ilkin ifadəsində keçmiş həyat yoldaşı tərəfindən bıçaqlandığını bildirsə də, hadisənin dəqiq səbəbləri aparılan araşdırmalardan sonra məlum olacaq. 

Z.Q.
www.oxu.az

Bizimlə əlaqə saxlayın

Digər Kriminal xəbərləri