15 
İyl
2017
10:28
15
288
5737
yuxarı
Bakıda 18 yaşlı gəncə 8 bıçaq xəsarəti yetirildi – FOTO
15 İyl, 2017
10:28
5737
15
288
Bakıda 18 yaşlı gəncə 8 bıçaq xəsarəti yetirildi – FOTO
Bakıda bıçaqlanma hadisəsi olub.
Oxu.Az Report-a istinadən xəbər verir ki, hadisə Nərimanov rayonunda, “Şuşa” restoranının yaxınlığında, Tələt Şıxəliyev küçəsindəki parkda qeydə alınıb.
Belə ki, həmin ərazidə 1999-cu il təvəllüdlü Abdullayev Əhliman Sakit oğlu ilə naməlum şəxs (və ya şəxslər) arasında mübahisə yaranıb. Mübahisə dava ilə nəticələnib. Dava zamanı Ə.Abdullayevə 8 bıçaq zərbəsi endirilib.
Xəsarət almış gənc 1 saylı Kliniki Tibbi Mərkəzə yerləşdirilib.
Hadisə yerinə Nərimanov Rayon Polis İdarəsinin əməkdaşları cəlb edilib. Hadisəni törədən şəxsin və ya şəxslərin axtarışına başlanılıb.
S.S.
www.oxu.az
Bizimlə əlaqə saxlayın
Şərhləri göstərmək
Digər Kriminal xəbərləri
24 
Apr
2024
21:30
Lənkəranda Vətən müharibəsi iştirakçısı anasının xəstəliyini eşidib intihar edib
8
249
2873
24 
Apr
2024
12:28
Dayısından borca pul istədi, rədd cavabı aldığı üçün cinayətə əl atdı - FOTO
8
92
1056