17 
İyl
2017
10:41
122
16
2312
Virtual karabakh

133 məmura korrupsiya ilə bağlı cinayət işi açıldı – RƏSMİ

17 İyl, 2017
10:41
2312

133 məmura korrupsiya ilə bağlı cinayət işi açıldı – RƏSMİ

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

“2017-ci ilin birinci yarımili ərzində Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsində vətəndaşların 3656 müraciətinə baxılıb. 125 cinayət xarakterli material araşdırılıb. Həmin materialların 75-i üzrə cinayət işi başlanıb, 50 material üzrə digər prokuror təsir aktları tətbiq edilməklə 29 nəfər vəzifəli şəxs intizam məsuliyyətinə cəlb edilib”. 

Oxu.Az-ın APA-ya istinadən verdiyi xəbərə görə, bunu Baş prokurorun müavini, Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsinin rəisi Kamran Əliyev bu gün keçirdiyi mətbuat konfransında deyib.

O bildirib ki, 2017-ci ilin I yarımili ərzində Baş İdarədə dövlət və özəl sektorda çalışan 133 vəzifəli şəxs barəsində 103 cinayət işinin istintaqı tamamlanaraq baxılması üçün aidiyyəti məhkəmələrə göndərilib.

Z.Q.
www.oxu.az

Bizimlə əlaqə saxlayın

Digər Kriminal xəbərləri