17 
İyl
2017
11:42
11
52
2643
Virtual karabakh

Kamran Əliyev: Həkimlərlə bağlı İdarəyə müraciətlər daxil olur

17 İyl, 2017
11:42
2643

Kamran Əliyev: Həkimlərlə bağlı İdarəyə müraciətlər daxil olur

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

“Həkimlərlə bağlı İdarəyə müraciətlər daxil olur. Lakin həkimlər rüşvətin subyekti deyil”.

Oxu.Az-ın APA-ya istinadən verdiyi xəbərə görə, bunu baş prokurorun müavini, Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsinin rəisi Kamran Əliyev deyib.

Onun sözlərinə görə, belə müraciətlər olanda İdarə tərəfindən ilkin mərhələdə cinayətlərin qarşısı alınır.

K. Əliyev bildirib ki, İdarə Kütləvi İnformasiya Vasitələrində (KİV) dərc olunmuş məlumatlar əsasında bir neçə araşdırma aparıb, lakin cinayət işinin başlanması üçün əsas olmayıb. Baş prokurorun müavini əlavə edib ki, mətbuatda gedən hər bir yazı araşdırma predmeti ola bilməz. 

İdarə rəisi qeyd edib ki, xaricdə təhsil sahəsində neqativ hallarla bağlı vətəndaş müraciətləri olur.

Z.Q.
www.oxu.az

Bizimlə əlaqə saxlayın

Digər Kriminal xəbərləri