17 
İyl
2017
13:12
92
21
2372
Virtual karabakh

Bakıda məktəb direktorunun otağı qarət edildi

17 İyl, 2017
13:12
2372

Bakıda məktəb direktorunun otağı qarət edildi

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Bakıda məktəbdə oğurluq hadisəsinin bəzi məqamlarıüzə çıxıb.

Oxu.Az-ın məlumatına görə, iyulun 11-də qeydə alınan hadisə paytaxtın Nəsimi rayonu ərazisində yerləşən 46 saylı məktəbdə baş verib.

Orada məktəb direktoru Sevinc Budaqovanın otağından 900 manat pul və sənəd olan pulqabısı oğurlanıb.

Nəsimi Rayon Polis İdarəsinin 22-ci Polis Bölməsi əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində oğurluqda şübhəli bilinən Ordubad rayon sakini, əvvəllər məhkum olunmuş Ağamalı Əliyev tutulub.

13:12

Bakıda orta məktəbdən oğurluq edən şəxs saxlanılıb.

Oxu.Az-ın DİN-in saytına istinadən verdiyi məlumata görə, Nəsimi rayon 22-ci PB əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində iyulun 11-də rayon ərazisindəki orta məktəblərdən birində otaqdan 900 manat pul və sənəd olan pul qabı oğurlamaqda şübhəli bilinən Ordubad rayon sakini, əvvəllər məhkum olunmuş Ağamalı Əliyev tutulub. 

Faktla bağlı araşdırma aparılır. 

Z.Q.
www.oxu.az

Bizimlə əlaqə saxlayın

Digər Kriminal xəbərləri