17 
İyl
2017
13:20
102
9
1890
yuxarı
İrandan təhlükəli yolla narkotik gətirmək istəyən şəxs saxlanıldı
17 İyl, 2017
13:20
1890
102
9
İrandan təhlükəli yolla narkotik gətirmək istəyən şəxs saxlanıldı
İrandan Azərbaycana narkotik maddə keçirmək istəyən şəxs yaxalanıb.
Dövlət Gömrük Komitəsindən Oxu.Az-a verilən məlumata görə, Astara Gömrük İdarəsinin Gömrük hüquqpozmalarına qarşı mübarizə şöbəsinə daxil olan məlumata əsasən, İrandan ölkəmizə piyada gələn Azərbaycan vətəndaşı saxlanılıb və üzərində şəxsi yoxlama aparılıb.
Yoxlama zamanı zərurət yarandığı üçün vətəndaş Astara Rayon Mərkəzi Xəstəxanasında tibbi müayinədən keçirilib. Tibbi müayinə nəticəsində həmin şəxsin daxili orqanında (düz bağırsağında) 1 ədəd bağlamada olmaqla, xalis çəkisi 46,005 qram təşkil edən narkotik vasitə - heroin aşkar olunub.
Faktla bağlı araşdırma aparılır.
Z.Q.
www.oxu.az
Bizimlə əlaqə saxlayın
Şərhləri göstərmək
Digər Kriminal xəbərləri
24 
Apr
2024
21:30
Lənkəranda Vətən müharibəsi iştirakçısı anasının xəstəliyini eşidib intihar edib
6
219
2468
24 
Apr
2024
12:28
Dayısından borca pul istədi, rədd cavabı aldığı üçün cinayətə əl atdı - FOTO
8
92
1022