17 
İyl
2017
16:17
12
52
13607
Virtual karabakh

Azərbaycanda rüsvayçılıq: Qız qeyri-təbii yolla intim münasibətdə oldu, videoya çəkdirdi

17 İyl, 2017
16:17
13607

Azərbaycanda rüsvayçılıq: Qız qeyri-təbii yolla intim münasibətdə oldu, videoya çəkdirdi

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Dələduzluqda və hədə-qorxu yolu ilə pul tələb etməkdə təqsirli bilinən Hacıqabul rayon sakini, 1980-ci il təvəllüdlü Güləhməd Mirzəyevin cinayət işi üzrə məhkəmə prosesi başa çatıb.

Hacıqabul şəhər sakini Sübhan Babayev Samirə Səlimova (zərərçəkmişlərin adları və soyadları şərti göstərilib - red.) ilə qeyri-təbii yolla intim münasibətdə olub və bunu videoya çəkib. Güləhməd Mirzəyev də həmin intim münasibət əks etdirən pornoqrafik xarakterli videogörüntüləri əldə edə bilib.

İntim münasibət və şantaj

Güləhməd Mirzəyev 2015-ci ilin aprel ayının ortalarında Şirvan şəhərində yerləşən “Sərvət” şadlıq sarayının qarşısındakı kafelərin birində Sübhan Babayevlə görüşüb.

Bu zaman Güləhməd Mirzəyev Sübhan Babayevə Samirə Səlimova ilə qeyri-təbii yolla intim münasibətlərini əks etdirən pornoqrafik xarakterli videogörüntülərini əldə etdiyini deyib. O, Sübhan Babayevi həmin rüsvayedici məlumatları yayacağı ilə hədələyib.

Güləhməd Mirzəyev bu videogörüntülərlə Sübhan Babayevi hədələyərək 15 min manat verməsini tələb edib. Təxminən aprelin 18 və ya 19-da Güləhməd Mirzəyev Hacıqabul şəhəri ərazisindəki “Nar bazarı” adlanan yerdəki torpaq sahəsində Sübhan Babayevin 15.000 manat nağd pulunu alıb.

Bundan əlavə, Güləhməd Mirzəyev tanışı Natiq Kazımovla əvvəlcədən razılaşıb və cinayət əlaqəsinə girib. Onlar birlikdə yenidən Sübhan Babayevi həmin pornoqrafik video ilə şantaj etməyə başlayıblar.

Bu səbəbdən Natiq Kazımov 2015-ci ilin aprel ayının sonlarında Hacıqabul şəhəri ərazisindəki “Nar bazarı” adlanan yerdəki torpaq sahəsində Sübhan Babayevlə görüşüb, həmin videogörüntülərin mənbəyinin kimliyi haqqında məlumatları bildiyini söyləyib.

Natiq Kazımov 5000 manat pulun müqabilində həmin görüntülərin yayılmasının qarşısını ala biləcəyini Sübhan Babayevə yalandan bildirib.

O, aldatma yolu ilə Sübhan Babayevin 5000 manat nağd pulunu ələ keçirib. Güləhməd Mirzəyev zərərçəkmişdən aldığı pulun 1200 manatını Natiq Kazımova verib.

Əməliyyat və narkotik ittihamı

Güləhməd Mirzəyev 19 oktyabr 2015-ci il tarixdə istintaqa məlum olmayan mənbədən satış məqsədi ilə 3,198 qram çəkidə narkotik vasitə əldə edib. Onun narkotik vasitələrin qanunsuz dövriyyəsilə məşğul olması barədə daxil olmuş məlumata əsasən, Daxili İşlər Nazirliyinin Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin əməkdaşları tərəfindən oktyabrın 20-də əməliyyat keçirilib.

Keçirilən əməliyyat-axtarış tədbiri nəticəsində həmin gün saat 17:20-də Hacıqabul rayonu, İsmət Qayıbov küçəsində yerləşən “Hadisə Yeri” adlanan çay evinin qarşısında Güləhməd Mirzəyev saxlanılıb. Onun üzərinə baxış keçirilən zaman narkotik vasitə aşkar olunub.

Güləhməd Mirzəyev Cinayət Məcəlləsinin 178.2.1-ci (qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən dələduzluq törətmək), 178.2.2-ci (təkrar dələduzluq törətmək), 178.2.4-cü (xeyli miqdarda ziyan vurmaqla dələduzluq törətmək), 182.3.2-ci (külli miqdarda əmlak əldə etmək məqsədi ilə hədə-qorxu gəlmək) və 234.4.3-cü (qanunsuz olaraq külli miqdarda narkotik vasitələri, psixotrop maddələri və ya onların prekursorlarını hazırlama, istehsal etmə, əldə etmə, saxlama, daşıma, göndərmə və ya satma) maddələri ilə ittiham olunub.

Məhkəmənin hökmü ilə Güləhməd Mirzəyev 11 il 6 ay müddətinə azadlıqdan məhrum edilib. Digər təqsirləndirilən Natiq Kazımovun barəsində Cinayət Məcəlləsinin 70-ci (şərti məhkum etmə) maddəsi tətbiq edilib və o, şərti cəza alaraq məhkəmə zalından azadlığa buraxılıb.

Hökmdən narazı qalan Güləhməd Mirzəyev apellyasiya şikayəti verib. O, şikayətində günahsız olduğunu və barəsində bəraət hökmünün çıxarılmasını istəyib.

Güləhməd Mirzəyevin şikayəti araşdırılması üçün Şirvan Apellyasiya Məhkəməsinə göndərilib. 

Qərara görə, Lənkəran Ağır Cinayətlər Məhkəməsinin hökmü dəyişdirilib. Məhkəmə Güləhməd Mirzəyevin ittiham olunduğu Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsini həmin məcəllənin 234.1-ci (satış məqsədi olmadan qanunsuz olaraq narkotik vasitələri və ya psixotrop maddələri şəxsi istehlak miqdarından artıq miqdarda əldə etmə və ya saxlama) maddəsinə tövsif edilib, onun cəzası 11 il 3 aya qədər endirilib.

C.İ.

www.oxu.az

Bizimlə əlaqə saxlayın

Digər Kriminal xəbərləri