17 
İyl
2017
20:18
22
182
2083
Virtual karabakh

Ölkəyə külli miqdarda qızıl keçirilməsinin qarşısı alınıb

Bu gün bir sıra kütləvi informasiya vasitələrində Azərbaycan Respublikasından Gürcüstan Respublikasına gedən Azərbaycan Respublikası vətəndaşının Gürcüstan gömrükçüləri tərəfindən saxlanıldığı və yoxlama zamanı onun avtomobilindən ümumi dəyəri 61000 ABŞ dolları təşkil edən 2,5 kiloqram qızıl məmulatları aşkar edildiyinə dair məlumatlar yayılıb.

Oxu.Az-ın xəbərinə görə, bu barədə DGK-nın rəsmi saytında yerləşdirilən məlumatda bildirilir.

Qeyd olunur ki, Azərbaycan Respublikası vətəndaşı Rəhman Şirinov “VAZ-21 723” markalı 45 BX 890 dövlət nömrə nişanlı avtomobili ilə Azərbaycan Respublikasından Gürcüstan Respublikasına deyil Gürcüstan Respublikasından Azərbaycan Respublikasına gəlmək istəyərkən qonşu ölkənin gömrükçüləri tərəfindən saxlanılıb.

S.B.
www.oxu.az

Digər Kriminal xəbərləri