20 
İyl
2017
16:14
86
147
8917
Virtual karabakh

Kiyevdə azərbaycanlı qatili güllələdilər – FOTO

20 İyl, 2017
16:14
8917

Kiyevdə azərbaycanlı qatili güllələdilər – FOTO

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Kiyevdə azərbaycanlı qətlə yetirilib.

Oxu.Az Lent.az-a istinadən xəbər verir ki, öldürülən şəxs Rusiyanın Altay diyarında qeydiyyatda olan Asif Məmmədovdur.

Məmmədov 3 il bundan əvvəl Rusiyanın Novokuznetsk şəhərində  50 yaşlı bir Azərbaycan vətəndaşını qətlə yetirib. Hadisə şəhərdəki “Uyut” hotelində baş verib. Məmmədov həmyerlisinə tapançadan atəş açaraq bir neçə güllə vurub.

Bundan sonra hadisə yerindən qaçan Məmmədov Rusiyanın bir neçə şəhərində gizlənib. Artıq ələ keçəcəyini anladıqdan sonra isə Ukrayna sərhədlərini keçərək Kiyevdə məskunlaşıb.

Məmmədov Kiyev metropoliteninin “Çerniqov” stansiyası yaxınlığındakı “Prospekt” əyləncə mərkəzinin qarşısında öldürülüb. Ona atəş açan iki nəfər olub. Killerlər Məmmədova ümumilikdə 20 güllə vurublar.

E.Ə.
www.oxu.az

Bizimlə əlaqə saxlayın

Digər Kriminal xəbərləri