20 
İyl
2017
18:10
433
96
8147
Virtual karabakh

Nardaranlıların məhkəməsi: Hakimlərə ayaqqabı atdılar

20 İyl, 2017
18:10
8147

Nardaranlıların məhkəməsi: Hakimlərə ayaqqabı atdılar

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Bu gün Bakı Apellyasiya Məhkəməsində “Nardaran hadisələri”nə görə təqsirləndirilən Taleh Bağırov, Fuad Qəhrəmanlı və digər 16 nəfərin barəsindəki hökmdən verilən apellyasiya şikayəti üzrə məhkəmə prosesi davam etdirilib.

Oxu.Az-ın qafqazinfo-ya istinadən verdiyi xəbərə görə, hakim Əmir Bayramovun icraatında olan prosesdə gərginlik yaşanıb.

Təqsirləndirilən şəxslər çıxış edərkən hakim fasilə elan edib. Fasilədən sonra isə çıxış etmək üçün prokurora söz verib. Təqsirləndirilənlər buna etiraz ediblər və çıxışlarına davam etmək istədiklərini bildiriblər. Lakin onların istəyi nəzərə alınmayıb. Bu zaman həmin şəxslər ayaqqabılarını çıxararaq hakimlərə atıblar. 

Z.Q.
www.oxu.az

Bizimlə əlaqə saxlayın

Digər Kriminal xəbərləri