21 
İyl
2017
14:45
17
109
4981
Virtual karabakh

Silahlı insident: Hotelə gəlib atəş açdı

21 İyl, 2017
14:45
4981

Silahlı insident: Hotelə gəlib atəş açdı

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Masazır qəsəbəsində silahlı insident baş verib.

Oxu.Az Daxili İşlər Nazirliyinin mətbuat xidmətinə istinadən xəbər verir ki, iyulun 20-də, saat 01:00 radələrində üzərində dövlət qeydiyyat nişanları olmayan “Lexus” markalı avtomobildə Abşeron rayonu ərazisindəki hotellərdən birinin qarşısına gələn naməlum sürücü ilə oranın mülki gözətçisi arasında münaqişə baş verib.

Sürücü avtomobildə hadisə yerini tərk etdikdən 15-20 dəqiqə sonra geriyə qayıdaraq odlu silahdan havaya atəş açıb, avtomobilini arxaya verərkən orada dayanan “Toyota” markalı avtomobili vurub və oranı tərk edib.

Abşeron RPİ əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində avtomobilin dövlət qeydiyyat nişanları müəyyən edilib və hadisəni törətməkdə şübhəli bilinən Masazır qəsəbə sakini Ramil Mirzəyev tutulub. Ondan “Stoger” markalı ov tüfəngi götürülüb.
Abşeron RPİ tərəfindən araşdırma aparılır.

Z.Q.
www.oxu.az

Bizimlə əlaqə saxlayın

Digər Kriminal xəbərləri