21 
İyl
2017
15:43
14
100
2117
Virtual karabakh

Hakimi qarət edənlərə hökm oxundu

21 İyl, 2017
15:43
2117

Hakimi qarət edənlərə hökm oxundu

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Bakı Ağır Cinayətlər Məhkəməsində soyğunçuluqda təqsirləndirilən Əlibala Salahov və Sərdar Cavadovun cinayət işi üzrə məhkəmə prosesi başa çatıb.

Oxu.Az APA-ya istinadən xəbər verir ki, hakim Rauf Əliyevin sədrliyi ilə keçirilən prosesdə hökm oxunub.

Hökmə əsasən, Ə. Salahov 5 il, S. Cavadov 4 il müddətinə azadlıqdan məhrum edilib.

İttihama görə, təqsirləndirilən şəxslər bu ilin fevral ayında Sumqayıt şəhərində yerləşən marketlərdən birindən çıxarkən Sumqayıt Apellyasiya Məhkəməsinin hakimi Mübariz Zeynalovun əlində olan çantanı soyğunçuluq yolu ilə əlindən alaraq qaçıblar. 

Onlara qarşı Cinayət Məcəlləsinin 180 (soyğunçuluq) maddəsi ilə cinayət işi başlanıb.

Z.Q.
www.oxu.az

Bizimlə əlaqə saxlayın

Digər Kriminal xəbərləri