21 
İyl
2017
17:35
28
98
3053
Virtual karabakh

Soyğunçuluqda təqsirləndirilən məhkəmə zalından azadlığa buraxıldı

21 İyl, 2017
17:35
3053

Soyğunçuluqda təqsirləndirilən məhkəmə zalından azadlığa buraxıldı

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Bakı Apellyasiya Məhkəməsində soyğunçuluqda təqsirləndirilərək azadlıqdan məhrum edilən Şakir Hüseynovun Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmündən verdiyi şikayətə baxılıb.

Oxu.Az-ın Trend-ə istinadən verdiyi məlumata görə, hakim Faiq Qasımovun sədrliyi ilə keçirilən məhkəmədə şikayət araşdırılıb və birinci instansiya məhkəməsinin hökmü ləğv edilib.

Təqsirləndirilən şəxs məhkəmə zalından azadlığa buraxılıb.

Hüseynov Şükür Məsim oğlu AR CM-nin 180.2.1-ci maddəsi ilə (qrup halında soyğunçuluq) təqsirli bilinərək Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə 4 il müddətinə azadlıqdan məhrum edilmişdi.

İttihama görə, Ş.Hüseynov dostu ilə Bakıdakı yanacaqdoldurma məntəqələrinin birinə gələrək avtomobilinə 30 manatlıq yanacaq vurduqdan sonra ödəniş etmədən hadisə yerindən uzaqlaşıb.

Z.Q.
www.oxu.az

Bizimlə əlaqə saxlayın

Digər Kriminal xəbərləri