22 
İyl
2017
10:56
32
75
2280
Virtual karabakh

“Azərpoçt” borcunun silinməsini tələb edir

22 İyl, 2017
10:56
2280

“Azərpoçt” borcunun silinməsini tələb edir

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

“Azərpoçt” Məhdud Məsuliyyətli Cəmiyyəti sudan istifadəyə görə quruma yazılan qəbzin ləğv edilməsi və borcun silinməsini tələb edir.

Oxu.Az Qafqazinfo-ya istinadən xəbər verir ki, MMC 1 saylı Bakı İnzibati İqtisad Məhkəməsinə müraciət edərək “Azərsu” Açıq Səhmdar Cəmiyyətinə qarşı iddia qaldırıb. 

İlk instansiya məhkəməsi “Azərpoçt”un lehinə qərar çıxararaq iddianı qismən təmin edib. Cavabdeh olan “Azərsu” qərardan narazı qalıb və yuxarı instansiya məhkəməsinə şikayət edib.

Şikayət üzrə iş icraata götürülüb. Məhkəmə prosesi Bakı Apellyasiya Məhkəməsinin hakimi Sərvət Hüseynovun sədrliyi ilə iyulun 28-də davam etdiriləcək.

E.Ə.
www.oxu.az

Bizimlə əlaqə saxlayın

Digər Kriminal xəbərləri