22 
İyl
2017
22:30
307
49
11803
Virtual karabakh

Bakıda yeniyetmələrdən ibarət quldur dəstəsi saxlanıldı

22 İyl, 2017
22:30
11803

Bakıda yeniyetmələrdən ibarət quldur dəstəsi saxlanıldı

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Bakının Nəsimi rayonunda quldurluq hadisəsi baş verib.

Oxu.Az Publika.az-a istinadən xəbər verir ki, rayonun Cavadxan küçəsində 3 naməlum şəxs Bakı şəhər sakini Tural Quliyevin qarşısını kəsib. Onlar Tural Quliyevi döyərək 170 manatını və 2 ədəd mobil telefonunu alıblar. Cinayəti törədənlər hadisə yerini tərk ediblər.

Zərərçəkmiş Tural Quliyev aldığı xəsarətlərdən xəstəxanaya yerləşdirilib. Hadisə ilə bağlı Nəsimi rayon Polis İdarəsinin 19-cu polis bölməsi məlumatlandırılıb.

Polis əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində quldurluğu törətməkdə şübhəli bilinən Ağsu rayon sakini olan bir yeniyetmə tutulub. Cinayətin daha iki iştirakçısının isə şəxsiyyəti müəyyən edilərək həbs ediliblər.

Faktla bağlı cinayət işi başlanıb.

www.oxu.az

Bizimlə əlaqə saxlayın

Digər Kriminal xəbərləri