24 
İyl
2017
11:32
31
75
8092
Virtual karabakh

Tanınmış aparıcının oğlunun şirkəti qarət olundu – Bakıda

24 İyl, 2017
11:32
8092

Tanınmış aparıcının oğlunun şirkəti qarət olundu – Bakıda

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Tanınmış aparıcı, səyyah Azər Qəribin oğlu Şaiqin direktor olduğu şirkət qarət olunub. 

Oxu.Az-ın məlumatına görə, hadisə iyulun 22-də, gecə saatlarında baş verib.

Oğrular Bakının Xətai rayonu ərazisində yerləşən TNT şirkətinin (Avropa şirkətidir) pəncərəsinin dəmir barmaqlıqlarını sındıraraq içəri daxil olublar və seyfi yarıblar.

Oğrular müşahidə kameralarının görüntülərinı toplayan cihazı aparmaq istəyiblər, lakin əvəzində onun yerinə ups deyilən stabilizatoru götürüblər.

Oğurluq faktı Xətai rayon Polis İdarəsinin 37-ci bölməsi tərəfindən araşdırılır. 

TNT şirkətinin Azərbaycandakı nümayəndəliyinin rəhbəri Şaiq Qəribzadə Oxu.Az-a açıqlamasında qarətçilərin yalnız pul apardıqlarını bildirdi: “Mən indi xaricdəyəm. Polis araşdırma aparır. Mənə deyilənə görə, şirkətin əmlakına toxunmayıblar, maraqları yalnız pul olub”. 

Zülfiyyə Qurbanova
www.oxu.az

Bizimlə əlaqə saxlayın

Digər Kriminal xəbərləri