24 
İyl
2017
16:52
730
84
37194
Virtual karabakh

8 yaşlı oğlanı zorlayan manyak həbs edildi – VİDEO + YENİLƏNİB

24 İyl, 2017
16:52
37194

8 yaşlı oğlanı zorlayan manyak həbs edildi – VİDEO + YENİLƏNİB

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Daxili İşlər Nazirliyi Bakıda azyaşlı oğlanı zorlamağa cəhd edən manyakı saxlayıb.

Oxu.Az xəbər verir ki, Daxili İşlər nazirliyinin Mətbuat Xidmətinin İnformasiya bölməsinin rəisi, polis polkovnik-leytenantı İlham Babayev Qafqazinfo-ya açıqlamasında bildirib ki, hadisə iyulun 21-də axşam saatlarında Xətai rayonunda baş verib.

Rayonların birindən Bakıya işləməyə gələn şəxs 2009-cu il təvəllüdlü oğlana qarşı seksual xarakterli hərəkətlər edib. Hadisəni törədən şəxs Əlahiddə Çevik Polis Alayının və Xətai RPİ-nin əməkdaşları tərəfindən saxlanılıb.

Faktla bağlı cinayət işi açılıb, istintaq davam etdirilir. Hadisəni törədən şəxsin kimliyi istintaq sirri sayıldığı üçün açıqlanmır.

14:00

Azərbaycanda 8 yaşlı oğlan 35-40 yaşlarında bir şəxs tərəfindən zorlanıb. 

Oxu.Az-ın təzadlar-a istinadən verdiyi məlumata görə, hadisə 21 iyul axşam saat 20:00 radələrində baş verib. 

Dövlət Gömrük Komitəsinin kapitanı Tahir Tahiri (mərhum xalq şairi Söhrab Tahirin oğlu) təsadüfən hadisənin şahidi olub və o, cinayətkarın tutulmasında böyük fədakarlıq göstərib.

T.Tahiri idarə etdiyi avtomobilin texniki problemi ilə əlaqədar Xətai rayonu, Mehmandarov küçəsi 26-28 ünvanında yerləşən avtoservisə gəlir. Avtomobilin problemi bir az uzandığından ərazidə gəzişməyə başlayır. Bu zaman “qluxoy” yer kimi tanınan avtoservisin arxası, eyni zamanda, qəbiristanlıq olan yerdən keçərkən görür ki, 35-40 yaşlı kişi 8 yaşında oğlanı bütün çabalarına baxmayaraq, zorlayır. 

T.Tahiri gördüyü mənzərədən şoka düşdüyünü deyir: “Əvvəl nə edəcəyimi bilmədim. Tez özümə gəlib, əlimi telefona atdım. Cəld hadisəni telefona çəkmək istədim ki, həmin alçağı tutmaq asan olsun. O, məni görüb qaçmağa üz tutdu. Mən onun arxasınca hardasa 2 km qədər qaçdım. Ancaq tuta bilmədim. Yenidən avtoservisə qayıtdım. 102 xidmətinə məlumat vermək istəyirdim ki, yaxınlıqdan keçən Çevik Polis Alayının avtomobilini gördüm. Onları saxlayıb hadisəni danışdım. Avtomaşında olan Çevik Polis Alayının baş leytenantı İlqar Sadıqov və çavuş Hafiz Məmmədov xəbərdən dəhşətə gəldilər. Onlar da hadisə yerinə gəlib, ərazini xeyli ələk-vələk elədilər. Lakin o vicdansızı tapmaq mümkün olmadı. Çevik Polis Alayının bu polisləri hadisə barədə ərazi üzrə Xətai rayon Polis İdarəsinin 34-cü Polis Bölməsinə xəbər verdilər. Birgə əməliyyat qrupu yaradıldı. Mən də onlarla birlikdə axtarışda oldum. Uşağın anası da bölməyə dəvət olundu və ana eşitdiyi hadisədən sarsıldı. Səhəri günü Çevik Polis Alayının baş leytenantı İ.Sadıqov və çavuş Hafiz Məmmədov, həmçinin hadisənin şahidi kimi mən də həmin ərazidə olan bütün obyektləri, mağazaları, tikinti gedən yerləri gəzdik. Uşağı zorlayan şəxsi yeni inşa edilən binanın 8-ci mərtəbəsində tapdıq. Polislər onu həbs etdilər". 

Rauf adlı bu çəxsin əvvəllər Cinayyət Məcəlləsinin 221-ci maddəsi ilə məhkum olunduğu məlum olub. 

Fakt üzrə cinayət işi başlanıb, istintaq gedir. 

Z.Q.
www.oxu.az

Bizimlə əlaqə saxlayın

Digər Kriminal xəbərləri