24 
İyl
2017
16:30
115
16
2628
Virtual karabakh

Bakıda avtomobillərdən oğurluq edən dəstə üzvləri tutuldu – FOTO

24 İyl, 2017
16:30
2628

Bakıda avtomobillərdən oğurluq edən dəstə üzvləri tutuldu – FOTO

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Bakıda avtomobillərdən mobil telefon, pul və digər qiymətli əşyalar oğurlayan dəstənin üzvləri saxlanılıb.

Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən Oxu.Az-a verilən məlumata görə, paytaxt sakinlərindən biri DİN-in “102” Zəng Mərkəzinə müraciət edərək bildirib ki, Yasamal rayonu A.Şərifzadə küçəsində ona məxsus “VAZ 2107” markalı avtomobildən naməlum şəraitdə bir ədəd mobil telefon oğurlanıb.

Yasamal Rayon Polis İdarəsi (RPİ) 29-cu Polis Bölməsi (PB) əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində qeyd edilən oğurluq hadisəsini törətməkdə şübhəli bilinən Bakı şəhər sakinləri, əvvəllər məhkum olunmuşlar – Ramil Quliyev və Ceyhun Məmmədov saxlanılıblar.

Saxlanılan şəxslər barəsində həyata keçirilən əlavə əməliyyat-istintaq tədbirləri nəticəsində onların Yasamal rayonu ərazisində, əsasən, metro çıxışlarının yaxınlığında 10-dan artıq nəqliyyat vasitəsindən mobil telefon və pul oğurladıqları məlum olub.

Dəstə üzvləri oğurluq yolla əldə etdikləri mobil telefonları paytaxtın müxtəlif ərazilərində yerləşən telefon alqı-satqısı ilə məşğul olan mağazalara satıblar.

Qeyd edilən faktlarla bağlı Yasamal RPİ-nin İstintaq Şöbəsində Cinayət Məcəlləsinin müvafiq maddələri ilə cinayət işi başlanılıb, zəruri istintaq hərəkətləri, eləcə də, əməliyyat-axtarış tədbirləri davam etdirilir.

Polis əməkdaşları oğurluq etməkdə şübhəli bilinən bu şəxslərin digər analoji cinayətlərdə iştirak etdiyini də istisna etmirlər. Onların əməllərindən zərərçəkən başqa vətəndaşlar varsa, bu barədə DİN-in “102” Zəng Mərkəzinə və ya Yasamal RPİ-nə müraciət edə bilərlər.

A.M.

www.oxu.az

Bizimlə əlaqə saxlayın

Digər Kriminal xəbərləri