25 
İyl
2017
11:44
11
196
4415
Virtual karabakh

Oğuzda 44 yaşlı kişi güllələnib – VİDEO + YENİLƏNİB

25 İyl, 2017
11:44
4415

Oğuzda 44 yaşlı kişi güllələnib – VİDEO + YENİLƏNİB

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Oğuz rayonunda öz həmyerlisini tüfənglə vuraraq öldürmək istəyən şəxs saxlanılıb.

Oxu.Az Report-a istinadən xəbər verir ki, iyulun 24-də Oğuz rayon Yaqublu kəndində Laçın rayonundan məcburi köçkün 1973-cü il təvəllüdlü Laçın Yaqub oğlu İsayev silahlı insident nəticəsində ağır güllə yarası alıb. Yaralı yaxınları tərəfindən xəstəxanaya aparılıb, qolundan və döş qəfəsindən güllə yarası alan L.İsayev həkimlər tərəfindən əməliyyat edilib və reanimasiya şöbəsinə yerləşdirilib.

Oğuz rayon hüquq-mühafizə orqanlarının əməkdaşları tərəfindən aparılan araşdırmalar nəticəsində hadisəni törədən şəxsin Laçın rayon Corman kənd sakini, 1985-ci il təvəllüdlü Ramin Saday oğlu Namazov tərəfindən törədildiyi məlum olub və o, saxlanılıb.

Onun barəsində Cinayət Məcəlləsinin 29, 120 (öldürməyə cəhd) maadəsi ilə cinayət işi başlanılıb, araşdırma aparılır.

24.07.2017 (23:32)

İyulun 24-ü, axşam saat 19:50 radələrində Oğuz rayonu Yaqublu kənd sakini, 1973-cü il təvəllüdlü Laçın Yaqub oğlu İsayev döş qəfəsi və qolunda güllə yarası xəsarəti ilə xəstəxanaya daxil olub.

Oxu.Az-ın xəbərinə görə, bu barədə Şəki Mərkəzi Rayon Xəstəxanasından (MRX) APA-ya məlumat verilib.

Müayinə zamanı məlum olub ki, 44 yaşlı Laçın İsayev adı açıqlanmayan şəxs tərəfindən ov tüfəngi ilə güllələnib.

Laçın İsayevin üzərində cərrahiyə əməliyyatı aparıldıqdan sonra reanimasiya şöbəsinə yerləşdirilib, vəziyyəti ağır kimi qiymətləndirilir.

Oğuz rayon Polis Şöbəsi faktı təsdiqləyib. Hadisə ilə bağlı Oğuz rayon prokurorluğunda araşdırma aparılır.

S.B.
www.oxu.az

Bizimlə əlaqə saxlayın

Digər Kriminal xəbərləri