25 
İyl
2017
20:15
13
264
3637
Virtual karabakh

Ata və ana məhkum oğula narkotik ötürmək istədilər

25 İyl, 2017
20:15
3637

Ata və ana məhkum oğula narkotik ötürmək istədilər

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Penitensiar müəssisəsinin əməliyyat aparatlarının birgə həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində müəssisəyə narkotik maddə keçirilməsi cəhdinin qarşısı alınıb.

Penitensiar Xidmətin ictimaiyyətlə əlaqələr şöbəsindən Oxu.Az-a verilən məlumata görə, 5 il 6 ay müddətinə azadlıqdan məhrum edilmiş məhkum Yusifbəyli Sahib Asif oğlu ilə qısamüddətli görüşə gəlmiş Yevlax rayon sakinləri, atası Cumayev Asif Yusif oğlu, anası Cumayeva Ceyran Abduləli qızı və bacısı Qurbanova Nailə Asif qızı tərəfindən gətirilmiş sovqata və əşyalarına baxış keçirilən zaman, sovqatda olan siqaret qutularının içərisində gizlədilmiş 23.960 qram narkotik maddə - marixuana aşkar edilərək götürülüb.

Fakt üzrə toplanılmış materiallar hüquqi qiymət verilməsi məqsədilə Şəki Şəhər-Rayon Polis Şöbəsinə göndərilib.

S.B.
www.oxu.az

Bizimlə əlaqə saxlayın

Digər Kriminal xəbərləri