26 
İyl
2017
10:18
10
134
3489
Virtual karabakh

29 nəfərin pulunu mənimsəyən şirkət rəhbərinə bəraət verildi – MƏHKƏMƏ

26 İyl, 2017
10:18
3489

29 nəfərin pulunu mənimsəyən şirkət rəhbərinə bəraət verildi – MƏHKƏMƏ

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Bakı Apellyasiya Məhkəməsində “Altun” istirahət mərkəzinin sahibi və “Badi-Kübə” mənzil-tikinti kooperativinin direktor müavini Asif Əsədullazadənin barəsində olan hökmdən verilən apellyasiya şikayəti üzrə məhkəmə iclasında birinci instansiya məhkəməsinin çıxardığı hökm ləğv edilib.

Oxu.Az-ın Report-a istinadən verdiyi məlumata görə, hakim Faiq Qasımovun sədrliyi ilə keçirilən prosesdə A.Əsədullazadənin apellyasiya şikayəti təmin edilib və onun barəsində bəraət hökmü çıxarılıb.

Qeyd edək ki, ittiham aktına əsasən, A.Əsədullazadə “Badi-Kübə” MTK-da tikilməsi üçün nəzərdə tutulan evlərdən vətəndaşlara ev almaq təklif edib və alıcılarla müqavilə bağlayıb. Lakin binanı tikməyib və ümumilikdə 29 vətəndaşa 31 ev satmaqla, 860 min 90 manat pulunu dələduzluq yolu ilə ələ keçirib.

Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə o, 8 il müddətinə şərti cəza alıb və məhkəmə zalından azadlığa buraxılıb. Hökmdən Baş Prokurorluq apellyasiya protesti verib. Prokurorluq A.Əsədullazadənin həbs edilməsini tələb edib. Bakı Apellyasiya Məhkəməsində Baş Prokurorluğun şikayəti qismən təmin edilib. Məhkəmə A.Əsədullazadənin barəsində 1 il 6 ay müddətinə cəza təyin edib və məhkəmə zalındaca həbs edilib.

Həmin qərardan narazı qalan Baş Prokurorluq kassasiya protesti verərək, A.Əsədullazadənin həbs edilməsini istəyib. Ali Məhkəmə çıxarılan qərarı ləğv edib və işin yenidən apellyasiya instansiyasında araşdırılması təklif edilib.

A.Əsədullazadənin apellyasiya şikayəti üzrə prosesdə prokurorluğun şikayəti üzrə qərar elan edilib. Qərara əsasən, A.Əsədullazadənin barəsində təyin edilmiş Cinayət Məcəlləsinin 70-ci (şərti məhkum etmə) maddəsi hökmdən xaric olunub. Məhkəmə A.Əsədullazadənin barəsində 1 il 6 ay müddətinə azadlıqdan məhrumetmə cəzası təyin edib. Ona təyin edilmiş cəza əvvəllər həbsdə olduğu müddətə hesablanıb və buna görə də o, məhkəmə zalından azadlığa buraxılıb.

Daha sonra prokurorluq kassasiya şikayəti verib. Ali Məhkəmənin qərarı ilə hökm tamamilə ləğv edilib, iş yenidən baxılması üçün apellyasiya instansiyası məhkəməsinə göndərilib.

Qeyd edək ki, A.Əsədullazadənin oğlu Türkel 2012-ci il iyunun 5-də, saat 15.00-da Yeni Günəşli qəsəbəsində yerləşən “Badi-Kübə” Mənzil-tikinti kooperativinə məxsus binanın qarşısında atasına məxsus ov tüfəngindən atəş açaraq MTK-nın işçisi Samid Məmmədovu öldürüb, MTK-nın təsisçisi və sədri Ədalət Qəmbərovu isə yaralayıb. Cinayətin baş verməsinə səbəb Ədalət Qəmbərovla A.Əsədullazadənin arasında olan mülk mübahisəsi olub. Bu qanlı cinayət hadisəsi baş verəndən sonra MTK-da külli miqdarda dələduzluq faktı aşkarlanıb.

Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə T.Əsədullazadə 15 il müddətinə azadlıqdan məhrum olunub. Hökmdən apellyasiya şikayəti və protesti verilsə də, hökm qüvvədə saxlanılıb. T.Əsədullazadənin işinə Ali Məhkəmədə də baxılıb və şikayət təmin edilməyib.

A.Əsədullazadənin işindən “Şahbulaq” MTK-nın sədri Nəsib Əliyev və “Badi-Kübə” MTK-nın təsisçisi Zaur Cabbarovun cinayəti ayrıca icraata götürülüb. Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə isə N.Əliyev 13 il, Z.Cabbarov 9 il müddətinə azadlıqdan məhrum edilib.

Z.Q.
www.oxu.az

Bizimlə əlaqə saxlayın

Digər Kriminal xəbərləri