26 
İyl
2017
15:01
97
10
4299
Virtual karabakh

Vəkil məhkəmə kollegiyasına etiraz etdi – QARŞIDURMA

26 İyl, 2017
15:01
4299

Vəkil məhkəmə kollegiyasına etiraz etdi – QARŞIDURMA

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində müdafiə sənayesi naziri Yavər Camalovun qardaşı Əlikram Camalova qarşı dələduzluqda təqsirləndirilən Samir Nəbiyevin cinayət işi üzrə məhkəmə prosesi davam etdirilib. 

Oxu.Az-ın məlumatına görə, hakim Şəkər Məmmədovanın sədrliyi ilə keçirilən prosesdə dövlət ittihamçısı çıxış edərək məhkəmə istintaqı zamanı təqsirləndirilən şəxsin cinayətinin tam sübuta yetirildiyini elan edib.

Prokuror S. Nəbiyevin 9 il müddətinə azadlıqdan məhrum edilməsini istəyib.

Təqsirləndirilən şəxsin vəkili Ceyhun Yusifov məhkəmə kollegiyasına etiraz edərək məhkəmənin gedişatından narazılığını bildirib.

Proses avqustun 2-də davam etdiriləcək.

Qeyd edək ki, təqsirləndirilən Samir Nəbiyevin himayəsində azyaşlı uşaqlarının olması nəzərə alınaraq həbs edilməyib. Barəsində polisin nəzarətinə vermə qətimkan tədbiri seçilib. 

İttihama görə, 2015-ci ildə S.Nəbiyev Əlikram Camalova birgə biznes qurmaq təklif edərək, ondan icarəyə götürüb işlətdiyi elektrik avadanlıqları satışı mağazasına investisiya qoymasını istəyib. Əvəzində isə qazancın yarısını Ə. Camalova verəcəyini vəd edib. Ə.Camalov razılaşıb və S.Nəbiyevə 2015-ci il noyabrın 3-də 18 min manat, 2016-cı il fevralın 1-də isə 3 min 993 manat pul verib. S.Nəbiyev isə vəsaiti mənimsəyərək Ə. Camalova pulu qaytarmayıb. Bundan sonra Ə. Camalov polisə müraciət edib. Təqsirləndirilən S.Nəbiyevə Cinayət Məcəlləsinin 178.3.2 maddəsi ilə cinayət işi açılıb.

Zülfiyyə Qurbanova

www.oxu.az

Bizimlə əlaqə saxlayın

Digər Kriminal xəbərləri