26 
İyl
2017
15:38
161
51
8766
Virtual karabakh

“Lotu Quli”nin qohumu məhkəmə qarşısında

26 İyl, 2017
15:38
8766

“Lotu Quli”nin qohumu məhkəmə qarşısında

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Kriminal aləmdə “Lotu Quli” ləqəbi ilə tanınan Nadir Səlifovun kirvəsi Məhəbbət Namazovun cinayət işi üzrə məhkəmə prosesi başlayıb.

Oxu.Az-ın Lent.az-a istinadən məlumatına görə, Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Ramella Allahverdiyevanın sədrliyi ilə baş tutan prosesdə prokuror ittiham aktını elan edib.

İttihama münasibət bildirən təqsirləndirilən şəxs elan olunmuş ittiham üzrə özünü təqsirli bilməyib.

Məhkəmə avqustun 2-də davam edəcək.

Qeyd edək ki, Məhəbbət Namazov 2016-cı ilin noyabrın 23-də Nəsimi rayon Polis İdarəsinin əməkdaşları tərəfindən saxlanılıb. Onun idarə etdiyi avtomobildən “Makarov” tipli tapança və külli miqdarda narkotik vasitə aşkar olunub. Daha sonra Məhəbbət Namazovun Ağstafa rayonunun Sadıxlı kəndində olan evində də axtarış aparılıb. Evdən xeyli miqdarda patron tapılıb.

Məhəbbət Namazov Cinayət Məcəlləsinin 228.2.2-ci və 234.4.3 maddələri ilə ittiham edilir.

Z.Q.
www.oxu.az

Bizimlə əlaqə saxlayın

Digər Kriminal xəbərləri