26 
İyl
2017
17:43
25
231
2431
Virtual karabakh

Lapşin İsrailə təhvil verilməsi üçün müraciət etdi

26 İyl, 2017
17:43
2431

Lapşin İsrailə təhvil verilməsi üçün müraciət etdi

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Azərbaycanda həbsdə olan bloqer Aleksandr Lapşin barəsində olan hökmdən apellyasiya şikayəti verməkdən imtina edib.

Oxu.Az xəbər verir ki, bu barədə APA-ya onun vəkili Eduard Çernin məlumat verib.

Vəkil bildirib ki, A. Lapşin bu gün İsrailin Azərbaycandakı səfirliyinin nümayəndələri ilə görüşüb və onlara İsrailə ekstradisiya olunmaq istədiyini deyib.

O qeyd edib ki, A. Lapşinin İsrailə verilməsi istiqamətində işlər aparılacaq.

Qeyd edək ki, Aleksandr Lapşin iyulun 20-də Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməklə, 3 il müddətinə azadlıqdan məhrum edilib.

E.Ə.
www.oxu.az

Bizimlə əlaqə saxlayın

Digər Kriminal xəbərləri