27 
İyl
2017
12:00
18
200
1473
Virtual karabakh

Lapşin İsrailə ekstradisiya edilə bilər

27 İyl, 2017
12:00
1473

Lapşin İsrailə ekstradisiya edilə bilər

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

İsrailin Azərbaycandakı səfirliyi bu ölkənin vətəndaşı olan bloqer Aleksandr Lapşinin Dağlıq Qarabağa qanunsuz səfər etdiyinə görə aldığı 3 illik həbs cəzasını İsraildə çəkməsi barədə ərizə ilə müraciət etməsi xəbərinə münasibət bildirib.

Oxu.Az xəbər verir ki, səfirlikdən Report-a bildiriblər ki, İsrailin hər bir vətəndaşının bu cür müraciət etməyə haqqı var.

“Lakin biz Aleksandr Lapşinin İsrailin Azərbaycandakı səfirliyinin nümayəndələri ilə görüşünün məzmununu açıqlaya bilmərik. Bu, Aleksandr Lapşinin şəxsi məsələsidir və biz bu barədə məlumat verə bilmərik”, - deyə səfirlikdən bildiriblər.

Qeyd edək ki, dünən bloqer Aleksandr Lapşin İsrailə ekstradisiya olunmaq üçün bu ölkənin Azərbaycandakı səfirliyinə ərizə ilə müraciət edib.

Vəkili Eduard Çerninin sözlərinə görə, artıq müvəkkili İsrailə ekstradisiya olunmaq üçün ərizə ilə müraciət edib: “Bu barədə Lapşin mənə görüşümüz zamanı məlumat verdi”.

E.Çerninin sözlərinə görə, A.Lapşin barəsindəki məhkəmə qərarından apellyasiya şikayəti verməyəcək.

A.M.

www.oxu.az

Bizimlə əlaqə saxlayın

Digər Kriminal xəbərləri