27 
İyl
2017
15:16
147
43
9867
Virtual karabakh

DTX və DSX birgə əməliyyat keçirib – FOTO

27 İyl, 2017
15:16
9867

DTX və DSX birgə əməliyyat keçirib – FOTO

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Dövlət Təhlükəsizliyi Xidməti (DTX) və Dövlət Sərhəd Xidməti (DSX) əməkdaşları birgə əməliyyat keçirib.

DTX-nin Mətbuat Mərkəzindən Oxu.Az-a bildirilib ki, tədbirlər nəticəsində 16.07.2017-ci il tarixdə “Astara” sərhəd nəzarəti məntəqəsində, İrandan Azərbaycana qayıdarkən Bakı şəhər sakini 1973-cü il təvəllüdlü Fərəcova Səfa Məmmədşah qızının saxlanılaraq əşyalarına baxış keçirilib. Baxış zamanı əşyaların arasından 2 ədəd “ketçub” qabının içərisində gizlədilmiş narkotik vasitə - 295 qram heroin aşkar olunaraq götürülüb.

Sonrakı keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində narkotik vasitənin sifarişçisi Azərbaycan vətəndaşı, 1995-ci il təvəllüdlü Cəlilabad rayonunun Göytəpə şəhər sakini Mirzəyev Səbuhi Rövşən oğlu müəyyənləşdirilərək saxlanılıb.

Fakt üzrə əməliyyat-istintaq tədbirləri davam etdirilir.

A.M.

www.oxu.az

Bizimlə əlaqə saxlayın

Digər Kriminal xəbərləri