Avq
2017
12:00
33
276
15217
Virtual karabakh

Polis qardaşını pulta görə qətlə yetirdi – TƏFƏRRÜAT – YENİLƏNİB

4 Avq, 2017
12:00
15217

Polis qardaşını pulta görə qətlə yetirdi – TƏFƏRRÜAT – YENİLƏNİB

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Dünən axşam saatlarında Bakının Binəqədi rayonunda - 9-cu mikrorayon, Mir Cəlal küçəsi 85-də yerləşən binada qardaşın qardaşı bıçaqlayaraq öldürməsi hadisəsi ilə bağlı bəzi məqamlar üzə çıxıb.

Oxu.Az Lent.az-a istinadən xəbər verir ki, hadisəni törədən 1990-cı il təvəllüdlü Əliyev Əli Ramazan oğlu cüdoçudur. Onun bıçaqlayaraq öldürdüyü qardaşı, 1983-cü ildə anadan olmuş Əliyev Murad Ramazan oğlu isə konq-fu idman növü üzrə peşəkarlaşıbmış.

Bildirilir ki, qardaşı tərəfindən qətlə yetirilən Murad Əliyev Çevik Polis Alayında polis serjantı kimi fəaliyyət göstərirmiş. Hadisəni törədən 27 yaşlı Əli isə bir müddət əvvəl Moskva Dövlət Universitetinin Hüquq fakültəsini bitirib.

Hadisənin baş vermə səbəbinə gəlincə, olay vaxtı evdə onların anası olub. Qardaşlar anaları eyvanda olarkən dalaşmağa başlayıblar. Qadın deyib ki, onlar televizorun pultu üstündə mübahisə ediblər və daha sonra əlbəyaxa dava yaranıb. Bu zaman əsəblərinə hakim ola bilməyən Əli mətbəx bıçağını götürərək qardaşına hücum edib və çoxsaylı zərbələr endirərək onu öldürüb. 27 yaşlı oğlan daha sonra evdən qaçıb.

10:22

Bakıda qardaşı tərəfindən öldürülən şəxsin polis əməkdaşı olduğu məlum olub.

Oxu.Az xəbər verir ki, APA-nın əldə etdiyi məlumata görə, qardaşı Əli Əliyev tərəfindən bıçaqlanaraq öldürülən Murad Əliyev Çevik Polis Alayının Nəsimi rayon bölməsinin əməkdaşıdır. O, polis serjantı rütbəsi daşıyıb.

Hazırda qətli törədən şəxsin tutulması istiqamətində əməliyyat-axtarış tədbirləri davam etdirilir.

10:08

Bakıda qətl hadisəsi törədilib.

Oxu.Az Lent.az-a istinadən xəbər verir ki, paytaxtın Binəqədi rayonunda Əli Əliyev adlı şəxs qardaşı Murad Əliyevi bıçaqlayaraq öldürüb.

Hadisəni törədən şəxs hüquqşünas, onun öldürdüyü qardaşı isə polis əməkdaşıdır.

Faktla bağlı cinayət işi açılıb.

A.H.

www.oxu.az

Bizimlə əlaqə saxlayın

Digər Kriminal xəbərləri