Avq
2017
11:47
32
396
31701
Virtual karabakh

Sumqayıtda qadın zorlanarkən öldürüldü – YENİLƏNİB

8 Avq, 2017
11:47
31701

Sumqayıtda qadın zorlanarkən öldürüldü – YENİLƏNİB

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Daxili İşlər Nazirliyi Sumqayıtda törədilən qətllə bağlı məlumat yayıb.

Oxu.Az-ın nazirliyin saytına istinadən verdiyi xəbərə görə, avqustun 7-də Sumqayıt şəhəri 1-ci mikrorayon ərazisində şəhər sakini Sevda Bayramovanın meyiti tapılıb.

Sumqayıt şəhər Prokurorluğu və Şəhər Polis İdarəsi əməkdaşlarının birgə keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində qadının şəhər sakini Fəttah Nuriyev tərəfindən boğularaq öldürülməsi müəyyən edilib.

Görülən tədbirlər nəticəsində F. Nuriyev tutulub. Faktla əlaqədar cinayət işi başlanılıb.

11:05

Sumqayıt şəhərində baş vermiş qətl hadisəsinin təfərrüatı məlum olub.

Oxu.Az Report-a istinadən xəbər verir ki, 1988-ci il təvəllüdlü Fəttah Nuriyev 1982-ci il təvəllüdlü Sevda Bayramova ilə küçələrdən birinin dalanında zorla cinsi əlaqədə olub. Zorlama zamanı S.Bayramova qışqırıb. 

Onun səsinin başqaları tərəfindən eşidilməməsi üçün F.Nuriyev qadının ağız və burnunu əli ilə tutub. 

Bu zaman qadın boğularaq ölüb. S.Bayramovanın meyitini orada qoyub qaçan F.Nuriyevi polislər saxlayıb.

Faktla bağlı Sumqayıt Şəhər Prokurorluğunda cinayət işi başlanıb. Araşdırmalar davam etdirilir.

E.Ə.
www.oxu.az

Bizimlə əlaqə saxlayın

Digər Kriminal xəbərləri