Avq
2017
14:57
21
296
12597
Virtual karabakh

DİN-dən “Maqa”nın həbs edilmədiyi iddiasına – REAKSİYA

8 Avq, 2017
14:57
12597

DİN-dən “Maqa”nın həbs edilmədiyi iddiasına – REAKSİYA

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Mətbuatda və sosial şəbəkələrdə yazılanlara görə, baş nazirin müavini Əli Həsənovun nəvəsi Nail Allahverdiyevlə ötüşən “Mazda” markalı avtomobilin sürücüsü, “Maqa” ləqəbli Mirməhəmməd İsmayılov həbs edilməyib. İddialara görə, o, əksinə, xeyir işə hazırlaşır.

Qeyd edilib ki, avqustun 12-də Mirməhəmmədin qız, 17-də isə oğlan toyudur. Onun yerinə cangüdəninə 30 sutka həbs veriblər. Cangüdəninin adının Orxan olduğu bildirilir.

Oxu.Az xəbər verir ki, Daxili İşlər Nazirliyinin KİV və İctimaiyyətlə əlaqələr şöbəsinin rəisi, polis polkovnik-leytenantı İlham Babayev Modern.az-a yayılan məlumatların həqiqəti əks etdirmədiyini bildirib: “Ortada Daxili İşlər Nazirliyi və Baş Prokurorluğun yaydığı birgə məlumat var. Onun yerinə başqasına həbs verilməsi tam əsassızdır və mümkün olan şey deyil”.

E.Ə.
www.oxu.az

Bizimlə əlaqə saxlayın

Digər Kriminal xəbərləri