Avq
2017
16:18
40
166
4630
Virtual karabakh

Rusiya həbsxanalarının birində üsyan qaldıran azərbaycanlılar mühakimə olunacaq

8 Avq, 2017
16:18
4630

Rusiya həbsxanalarının birində üsyan qaldıran azərbaycanlılar mühakimə olunacaq

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Rusiyanın Xakasiya bölgəsində məhbus həyatı sürən azərbaycan vətəndaşları yaxın günlərdə yenidən məhkəmə qarşısına çıxarılacaq.

Oxu.Az-ın haqqin.az-a istinadən verdiyi məlumata görə, onlar Qırğızıstan və Tacikistan vətəndaşları ilə birgə həbsxanada üsyan və kütləvi ixtişaşlar təşkil etməkdə ittiham olunur.

Məlumata görə, üsyançı məhbuslar cəzaçəkmə rejiminin yüngülləşdirilməsini istəyib. Qeyd edək ki, 2016-cı ilin iyulunda 242 məhbus cəzaçəkmə müəssisəsinin yataqların olduğu hissəsində özlərini bağlayıb. Üsyanı təşkil edən Tacikistan, Qırğızıstan və Azərbaycandan olan məhbuslar istənilən vaxt dua etmək, köynəyin yuxarı düyməsini bağlamamaq, istənilər yerdə siqaret çəkməyə icazə verilməsini istəyiblər. Üsyan nəticəsində cəzaçəkmə müəssisəsinə 1.7 milyon rubl ziyan dəyib.

Həmin ay istintaq orqanları tərəfindən kütləvi ixtişaşların təşkili və iştirak etməsi maddələri ilə cinayət işi açılıb. 

İ.F.

www.oxu.az

Bizimlə əlaqə saxlayın

Digər Cəmiyyət xəbərləri