Avq
2017
18:40
87
20
4909
Virtual karabakh

Əhəd Abıyevin epizodu MTN generallarının məhkəməsində

8 Avq, 2017
18:40
4909

Əhəd Abıyevin epizodu MTN generallarının məhkəməsində

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Sabunçu rayon Məhkəməsində ləğv edilmiş MTN-in sabiq baş idarə və idarə rəisləri Sübahir Qurbanov, Teymur Quliyev, Natavan Mirvətova, nazirliyin vəzifəli şəxsləri Füzuli Əliyev, Zaur Məmmədov, Natiq Alıyev, Fərhad Atayev, Anar Şirəliyev, Eşqin Əliyev, Elşad Əzizovun cinayət işi üzrə növbəti məhkəmə iclası keçirilib.

Oxu.Az xəbər verir ki, vəkil İlkin Mustafanın APA-ya verdiyi məlumata görə, Bakı Hərbi Məhkəməsinin sədri Həbib Həsənovun sədrliyi ilə keçirilən iclasda telefon dinləmələri ilə bağlı məsələlər araşdırılıb. İclasda zərərçəkmiş şəxslərdən Daşkəsən rayon İcra Hakimiyyətinin başçısı Əhəd Abıyevin epizodu üzrə bir nəfər şahid dindirilib. Daşkəsən rayon Memarlıq və Tikinti Şöbəsinin müdiri olan Elman Məmmədov istintaq zamanı verdiyi ifadəsinin çox hissəsini təsdiq etməyib.

Proses avqustun 15-də davam edəcək.

E.Ə.
www.oxu.az

Bizimlə əlaqə saxlayın

Digər Kriminal xəbərləri