Avq
2017
15:23
30
108
11855
Virtual karabakh

Akif Çovdarovun məhkəmə istintaqı tamamlandı

9 Avq, 2017
15:23
11855

Akif Çovdarovun məhkəmə istintaqı tamamlandı

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Bu gün Sabunçu Rayon Məhkəməsinin inzibati binasında ləğv edilmiş Milli Təhlükəsizlik Nazirliyinin (MTN) Energetika və Nəqliyyat Sahələrində Təhlükəsizlik Baş İdarəsinin sabiq rəisi, general-mayor Akif Çovdarov, həmin idarənin sabiq işçisi, polkovnik Səlim Məmmədov, MTN-in sabiq idarə rəisi, mayor Akif Əliyev və keçmiş şöbə rəisi Orxan Osmanovun cinayət işi üzrə məhkəmənin növbəti iclası keçirilib.

Oxu.Az Report-a istinadən xəbər verir ki, Bakı Hərbi Məhkəməsinin sədri Həbib Həsənovun sədrliyi ilə qapalı keçirilən prosesdə A.Çovdarovun vəkilləri Kamandar Nəsibov və Sadiq Rəsulov bir neçə vəsatətlə çıxış ediblər. 

Onlar bir sıra sənədlərin sübutlar siyahısından çıxarılmasını, A.Çovdarovun təkrar tibbi məhkəmə ekspertizasından keçirilməsini tələb ediblər.

İclasda məhkəmə istintaqının yekunlaşdırıldığı elan olunub.

Prokuror çıxış üçün məhkəmədən vaxt istəyib.

Qeyd edək ki, A.Çovdarov 2015-ci ilin noyabr ayında həbs edilib. Həmin vaxt Səbail Rayon Məhkəməsi onun barəsində dörd ay müddətində həbs-qətimkan tədbiri seçib. Sonradan həbs-qətimkan tədbirinin vaxtı bir neçə dəfə uzadılıb. 

E.Ə.
www.oxu.az

Bizimlə əlaqə saxlayın

Digər Kriminal xəbərləri