9 
Avq
2017
14:36
204
15
9178
yuxarı
Bakı şəhər Prokurorluğunun böyük müstəntiqi həbs olundu
9 Avq, 2017
14:36
9178
204
15
Bakı şəhər Prokurorluğunun böyük müstəntiqi həbs olundu
Bakı şəhər Prokurorluğunun müstəntiqi həbs olunub.
Oxu.Az xəbər verir ki, hüquq-mühafizə orqanlarından APA-ya verilən məlumata görə, Bakı şəhər Prokurorluğunun İstintaq İdarəsinin böyük müstəntiqi Müşfiq Abbasov barəsində Baş prokuror yanında Korrupsiyaya Qarşı Mübarizə Baş İdarəsi tərəfindən Cinayət Məcəlləsinin 308-ci (vəzifə səlahiyyətlərindən sui-istifadə) və 178-ci (dələduzluq) maddələrlə cinayət işi başlanıb. M. Abbasov həmin maddələr üzrə təqsirləndirilən şəxs qismində cəlb edilməklə, barəsində məhkəmənin qərarı ilə həbs-qətimkan tədbiri seçilib.
Onu da qeyd edək ki, M. Abbasov həmin iş üzrə yekun qərarın qəbulunadək vəzifəsindən kənarlaşdırılıb.
Baş Prokurorluğun mətbuat xidmətinin rəhbəri Eldar Sultanov APA-ya faktı təsdiqləyib.
İ.F.
Bizimlə əlaqə saxlayın
Şərhləri göstərmək