Avq
2017
16:36
29
160
10620
Virtual karabakh

Tanınmış dənizkənarı restoranda kütləvi dava

9 Avq, 2017
16:36
10620

Tanınmış dənizkənarı restoranda kütləvi dava

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Bakıda dənizkənarı restoranlardan birində dava düşüb.

Oxu.Az Report-a istinadən xəbər verir ki, Xəzər rayonu, Mərdəkan çimərliyində yerləşən “Black Jack” restoranında iki naməlum şəxs obyekt sahibi ilə hesab üstündə mübahisə edib.

Mübahisə daha sonra əlbəyaxa davaya çevrilib.

Hadisə yerinə Xəzər Rayon Polis İdarəsinin əməkdaşları gəlib.

Restoran sahibi ilə mübahisə edən şəxslərdən biri - Pərvin Mehrəliyev saxlanılıb.

Məlum olub ki, mübahisə zamanı P.Mehrəliyevin tanışı özünə şüşə butulka ilə xəsarətlər yetirib.

Fakt üzrə araşdırmalar davam etdirilir.

E.Ə.
www.oxu.az

Bizimlə əlaqə saxlayın

Digər Kriminal xəbərləri