Avq
2017
17:09
42
232
7518
Virtual karabakh

Sumqayıtda keçmiş polis işçisi arvadını öldürdü

9 Avq, 2017
17:09
7518

Sumqayıtda keçmiş polis işçisi arvadını öldürdü

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Sumqayıt şəhərində qətl hadisəsi baş verib. Hadisə şəhərin 12-ci mikrorayonunda qeydə alınıb.

Oxu.Az Xeberle.com-a istinadən xəbər verir ki, Nazim adlı keçmiş polis əməkdaşı həyat yoldaşı 1967-ci il təvəllüdlü Allahverdiyeva Nurbahar Ağacan qızını bıçaqlayıb. 

N.Allahverdiyeva bədənin kəsilmiş-deşilmiş yaraları diqanozu ilə Sumqayıt şəhər Təcili Tibbi Yardım Xəstəxanasına aparılıb. Xəstəxananın baş həkiminin müavini Mirnazir Muxtarovun dediyinə görə, qadına dərhal cərrahi müdaxilə edilib və əməliyyata götürülüb. Əməliyyat uğurlu keçsə də, sonradan qadının vəziyyəti pisləşib və dünyasını dəyişib. Qadının ölmə səbəbi Məhkəmə Tibbi Ekspertizanın rəyindən sonra məlum olacaq. Hadisəni törədən qadının həyat yoldaşı könüllü olaraq polisə təslim olub.

Faktla bağlı araşdırma aparılır.

E.Ə.
www.oxu.az

Bizimlə əlaqə saxlayın

Digər Kriminal xəbərləri