Avq
2017
17:24
30
194
4113
Virtual karabakh

Çobanlar qoyun oğruları çıxdı

9 Avq, 2017
17:24
4113

Çobanlar qoyun oğruları çıxdı

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Masallı rayon sakinləri Azad ƏliyevNovruz Abbasov avqust ayının 3-dən 7-dək olan müddətdə yardımçı təsərrüfatdan və fermadan qoyunlarının oğurlanması barədə Rayon Polis Şöbəsinə müraciət ediblər. Həmin faktlarla əlaqədar rayon polis şöbəsində cinayət işi başlanılıb.

Oxu.Az day.az-a istinadən xəbər verir ki, DİN-dən verilən məlumata görə, izahatlarında A.Əliyev Yeddioymaq kəndindəki yardımçı təsərrüfatından 13 baş, N.Abbasov isə Təzəkənd kəndi ərazisindəki fermasından 11 baş qoyunun oğurlandığını bildirib.

Şöbədə yaradılan istintaq-əməliyyat qrupu tərəfindən hadisə yerlərinə baxış keçirilib, müvafiq araşdırmalar aparılıb.

Görülən tədbirlərlə qısa müddətdə oğurluğun törədilməsində şübhəli bilinən şəxs müəyyənləşdirilib və saxlanılaraq polis şöbəsinə gətirilib. Araşdırmalarla onun həmin rayonda çobanlıq edən Lerik rayon sakini Ağası Cəfərov olduğu müəyyən edilib.

Tutarlı dəlillər qarşısında o, həmyerlisi olan digər 2 çobanla birlikdə oğurluğu törətdiklərini etiraf edib. Artıq digər 2 çoban da polis tərəfindən saxlanılıb. Araşdırmalarla onların Afiyəddin İmanlı və Əliağa İmanov olduğu, həmçinin Əliağanın cinayətdə sürücü kimi iştirak etməsi müəyyən edilib.

Çobanlar Şıxlar kəndi ərazisindəki fermalardan birindən də 9 baş qoyun oğurladıqlarını, qoyunları rayon bazarında, bir neçəsini isə qəssablara satdıqlarını bildiriblər.

Polis əməkdaşları tərəfindən 11 baş qoyun maddi sübut kimi Lənkəran və Masallı rayonlarında qəssablardan götürülüb.

İstintaq-əməliyyat tədbirləri davam etdirilir.

A.M.

www.oxu.az

Bizimlə əlaqə saxlayın

Digər Kriminal xəbərləri