10 
Avq
2017
19:20
301
37
18413
Virtual karabakh

MTN-nin “məxfi agentləri”nə hökm oxundu

10 Avq, 2017
19:20
18413

MTN-nin “məxfi agentləri”nə hökm oxundu

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində dələduzluqda təqsirləndirilən Aygün Akimova və İlham Baxışovun cinayət işi üzrə məhkəmə prosesi davam etdirilib.

Oxu.Az-ın APA-ya istinadən xəbərinə görə, hakim Əlövsət Abbasovun sədrliyi ilə keçirilən prosesdə hökm oxunub.

Hökmə əsasən, A.Akimova 12 il, İ.Baxışov isə 3 il müddətinə azadlıqdan məhrum edilib.

Ötən iclasda çıxış edən prokuror A.Akimovanın 13 il, İ.Baxışovun isə 4 il müddətinə azadlıqdan məhrum edilməsini istəyib.

İttihama görə, A.Akimova özünü sahibkarlara ləğv edilmiş Milli Təhlükəsizlik Nazirliyinin (MTN) məxfi agenti, vəzifəli şəxs kimi tanıtmaqla dələduzluq edib. Həmin cinayət işində onun İ.Baxışovla əlbir olduğu bildirilir.

Onlar Cinayət Məcəlləsinin 178-ci (dələduzluq) maddəsi ilə ittiham olublar.

Xatırladaq ki, cinayət işi üzrə istintaqa şahid qismində AMAY ticarət mərkəzinin sahibi Abdulla Abdullayev də ifadə verib.

S.B.
www.oxu.az

Bizimlə əlaqə saxlayın

Digər Kriminal xəbərləri